İnsanlara hürriyət, millətlərə istiqlal!

Əs-Suveydədə “atəşkəs” kağız üzərində qaldı – Silahlı qarşıdurma şiddətlənib – VİDEO

Suriyanın cənubunda yerləşən Əs-Suveydə vilayətində elan olunmuş “atəşkəs” rejiminə baxmayaraq, bölgədə ağır silahlı qarşıdurmalar davam edir.

Musavat.com xəbər verir ki, əldə edilən son görüntülərdə avtomat silahlarla təchiz olunmuş yerli döyüşçülərin küçələrdə toqquşmalara qatıldığı aydın görünür.

Qeydə alınan videoda ətrafdakı binaların dağıdıldığı, yanğın izlərinin olduğu və partlayış nəticəsində yaranan xaos açıq şəkildə müşahidə olunur.

İyulun ortalarında ABŞ-ın vasitəçiliyi ilə bölgədə atəşkəs rejimi elan olunmuşdu.

Lakin Musavat.com-un əldə etdiyi məlumata görə, druz icmasına bağlı silahlı dəstələrlə Suriya rejiminin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar daha da kəskinləşib. Bəzi mənbələr bu toqquşmaların səbəbini rejim qüvvələrinin bölgədəki müstəqillik meyillərinə qarşı basqı cəhdi ilə izah edirlər.

Qeyd edək ki, Əs-Suveydə əsasən druz dini icmasının yaşadığı bir ərazidir və burada uzun müddətdir mərkəzi hökumətə qarşı narazılıq hökm sürür. Son aylarda bu narazılıqlar silahlı qarşıdurmalara çevrilib. Yerli mənbələr bildirir ki, qarşıdurmalarda onlarla insan həyatını itirib və xeyli sayda yaralı var.

Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrdə atışmaların davam etdiyi, bəzi binaların tamamilə yanaraq yararsız hala düşdüyü görünür. Yerli fəallar isə beynəlxalq ictimaiyyəti Əs-Suveydədəki duruma diqqət yetirməyə və mülki vətəndaşların müdafiəsinə çağırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR