İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eşref Rüya”nın aktrisasının bacısı ilə FOTOSU gündəm oldu – İlginc detal üzə çıxdı

“Kanal D”də yayımlanan “Eşref Rüya” serialında Çağatay Ulusoy ilə baş rolu paylaşan Demet Özdemir təkcə aktyorluq bacarığı ilə deyil, zərif görünüşü və təbii gözəlliyi ilə də tez-tez adından söz etdirir.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Demet bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

Aktrisanın bacısı Derya Özdemir onların yer aldığı bir foto paylaşıb.

DEMET.jpg (226 KB)

Deryanın paylaşımın altına yazdığı “Şanslı olduğum çox şey var, amma sən həmişə birinci sıradasan. Çox gözəl xatirələrimiz var, daha çoxu olsun” sözləri isə izləyiciləri duyğulandırıb.

Sosial mediada böyük maraq görən bu paylaşım Derya Özdemirin keçmişi ilə bağlı maraqlı bir detalı da üzə çıxarıb. Məlum olub ki, o, 2004-cü ildə Mustafa Sandalın məşhur “İsyankar” klipində rol alıb.

İSYAN.jpg (48 KB)

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR