İnsanlara hürriyət, millətlərə istiqlal!

FED ABŞ iqtisadiyyatına dair mühüm proqnozlarında dəyişiklik etdi

Federal Ehtiyat Sistemi(FRS) uçot dərəcəsinə dair qərarı ilə yanaşı ABŞ iqtisadiyyatı üçün vacib olan bir sıra proqnozlarında da dəyişiklik edib.

Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, FED 2025-ci il üçün ABŞ-da inflyasiya proqnozunu (PCE indeksi) 3 faiz müəyyən edib, 2026-cı il üçün inflyasiya proqnozunu 2.4 faizdən 2.6 faizə yüksəldib, 2027-ci il üçün proqnozunu isə 2.1 faiz səviyyəsində təsdiqləyib.

Eyni zamanda FED 2025-ci il üçün ABŞ –da ÜDM-in artım proqnozunu 1,4 faizdən 1,6 faizə, 2026-cı il üçün 1,6 faizdən 1,8 faizə, 2027-ci il üçün 1,8 faizdən 1,9 faizə yüksəldib.

FED rəhbərlərinin median proqnozuna görə, 2025-ci ilin sonuna qədər etalon faiz dərəcəsinin 3,6 faizə düşəcəyi gözlənilir. Beləliklə, tənzimləyici ilin sonuna qədər qalan müddətdə uçot dərəcəsini daha 50 baza bəndi azaldacaq. İyun ayında proqnoz 3,9 faizə qədər azalma idi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR