İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbaxça"dan qovulan Mourinyo məşhur klubda baş məşqçi OLDU

"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo olub.

Musavat.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 62 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, sabiq baş məşqçi Brunu Laje Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.

Xatırladaq ki, yeni baş məşqçi Joze Mourinyonun son iş yeri "Fənərbaxça" olub. Böyük gözləntilərlə İstanbul klubuna gələn Mourinyo həm nəticələr, həm də qalmaqallı açıqlamaları ilə gündəmdə olmuş, sonda isə komandadan ayrılmaq məcburiyyətində qalmışdı. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR