Onlayn ictimai-siyasi qəzet
Türkiyə Super Liqa nəhənglərindən "Fənərbağça" Yussuf En-Nesrinin transferi üçün "Sevilya" ilə anlaşıb.
Musavat.com apasport.az-a istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylü" komandadan verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.
Beləliklə, "Fənərbağça" 2000-ci ildə "Qalatasaray"ın 17 milyon avroya transfer etdiyi Mario Jardeli ötərək Super Liqa tarixinin ən bahalı transferini reallaşdırıb.
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ