Onlayn ictimai-siyasi qəzet
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə təxribatçı addım ataraq Ermənistan-Azərbaycan şərti sərhədində olub.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq”, - Aİ missiyasının yaydığı açıqlamada deyilir.
Xəbərə görə, səfirə missiyanın işi barədə məlumat verilib.
“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın bəyanatında daha sonra bildirilir.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ