İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa və İtaliya ABŞ silahlarına “yox” dedi – Ukrayna yardımı təhlükədə

Fransa Ukrayna üçün ABŞ istehsalı olan silahların birgə alınmasını nəzərdə tutan Avropa təşəbbüsünə qoşulmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri fransız rəsmilərinə istinadla məlumat yayıb.

Səbəb Parisin öz müdafiə sənayesini inkişaf etdirmək istəyi və dövlət borcunu azaltmaq səyləri fonunda büdcənin xarici silah sistemlərinə yönəldilməsini istəməməsidir.

Bənzər mövqe İtaliya tərəfindən də sərgilənib. "La Stampa" qəzetinin məlumatına görə, Roma Almaniya tərəfindən təsdiqlənmiş və Ukraynaya ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərinin verilməsini nəzərdə tutan sxemdə iştirak etmək üçün büdcə vəsaitinə malik deyil.

Üstəlik, Kiyevə artıq təhvil verilmiş İtaliya-Fransa istehsalı olan "Samp-T" kimi sistemlər ABŞ analoqları ilə uyğun gəlmir.

Yeganə istisna  qarşıdakı onillik üçün planlaşdırılmış "F-35" təyyarələrinin uzunmüddətli tədarüküdür.

ABŞ prezidenti Donald Tramp tərəfindən 14 iyulda elan edilən yeni hərbi yardım sxeminə əsasən, Avropa ölkələri Ukraynaya ABŞ istehsalı olan silahlar göndərir, ABŞ isə həmin ölkələrin arsenallarını sonradan bərpa edir. Almaniya və Norveç artıq bu təşəbbüsə qoşulub. Potensial iştirakçılar sırasında Kanada və bir sıra Şimali Avropa ölkələrinin də adı çəkilir.

Bundan əvvəl Macarıstan və Çexiya bu sxemdə iştirakdan imtina edib. Rəsmi Praqa alternativ yardım mexanizmlərində iştirakını əsas gətirib, Budapeşt isə Ukraynaya silah tədarükünü tamamilə istisna edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR