Onlayn ictimai-siyasi qəzet
İyunun 21-də Azərbaycan Dillər Universiteti, Doğu Akdeniz Universiteti, EDUHEK konsaltinq şirkəti və English Language Teachers' Association (ELTA) tərəfindən təşkil edilən “Future of Learning” Beynəlxalq Təhsil Forumu keçiriləcək.
Azərbaycan Dillər Universitetində təşkil olunacaq forum müəllimləri, təhsil liderlərini, pedaqoji ixtisas tələbələrini və təhsil texnologiyalarına maraq göstərən mütəxəssisləri bir platformada birləşdirəcək.
Forumda IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” mövzusunda, Azərbaycan Dillər Universitetinin baş müəllimi, beynəlxalq sertifikatlı (IELTS, TKT, TESOL, TEFL) təlimçi Aynur Əsgərzadə “Active Participation as a Catalyst for Effective English Language Acquisition” mövzusunda, BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor, “Shero” mükafatlı təhsil mütəxəssisi Burcu Önder Gürpınar “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü” mövzusunda, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva “Qiymətləndirmənin gələcəyində rəqəmsallaşmanın rolu: Kompüterəsaslı imtahanlara milli və beynəlxalq baxış” mövzusunda, Hədəf Stars Campus-un icraçı direktoru, təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer “Süni intellektin xarici dil öyrənməyə təsiri” barədə, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Françesko Bençini “Rethink, Reform, Revolutionise” mövzusunda, Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev “Təhsildə süni intellekt” mövzusunda, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M. “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində təcrübələrini paylaşacaqlar.
Təhsil sahəsində qlobal yenilikləri, innovativ metodları və müasir yanaşmaların müzakirəsi üçün təşkil edilən forum Nəsibə Aydın Okulları, Hədəf Liseyi – STARS Campus, e-school və Hi Language kimi qabaqcıl təhsil qurumlarının dəstəyi ilə keçirilir.
Ətraflı məlumat və qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfOBBhh5Mx0PWGSa5ijiJR97c0yUZ-pfLrIJFTJ9jQ1Bi1YJQ/viewform
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ