İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik fonunda İLGİNC ADDIM: Bədəvilərin bu hərəkəti GÜNDƏM OLDU - VİDEO

Suriyanın Əs-Suveyda vilayətində bədəvi tayfaları ilə druz icması arasında gərginlik səngimək bilmir.

Musavat.com xəbər verir ki, yayımlanan videogörüntüdə bədəvilər Suveydada baş verən qarşıdurmalar fonunda bir druz ailəsini xəstəxanaya çatdırdıqlarını bildiriblər.

Onlar qeyd ediblər ki, bu addımı İslamın və qəbilə şərəfinin tələblərinə uyğun olaraq atıblar.

“Biz yalnız bizə zərər verənlərə qarşı çıxırıq. Sizin tərəfinizdən Suveydada bədəvilərə qarşı hücumlar və təxribatlar başladılıb. Allahdan qorxun, ey Hicri (druz icmasının liderlərindən biri – red.)! Biz intiqam almırıq, çünki dinimiz bunu qadağan edir”, – bədəvilərin müraciətində deyilir.

Qeyd edək ki, son günlər Suriyada bədəvi tayfaları ilə druzlar arasında silahlı toqquşmalar qeydə alınır. Bəzi bölgələrdə isə fövqəladə vəziyyət elan olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR