Onlayn ictimai-siyasi qəzet
Alyaska sahillərində 3 min avtomobil daşıyan "Morning Midas" yük gəmisi yanıb.
Musavat.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
"Lloyd's List"in məlumatına görə, 22 nəfərlik ekipaj iyunun 4-ü axşam saatlarında yanğın səbəbindən gəmini tərk edib.
"Zodiac Maritime" şirkətinə məxsus gəmi Çindən Meksikaya gedirmiş. Yanğın 800 elektromobilin yerləşdiyi göyərtədə başlayıb. Söndürmə işlərini litium-ion batareyalarının mövcudluğu çətinləşdirir.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ