İnsanlara hürriyət, millətlərə istiqlal!

Halk TV-nin sahibi barəsində həbs qərarı verildi

İstanbul Cumhuriyyət Baş Prokurorluğu, Halk TV-nin sahibi Cafer Mahiroğlu barəsində “ihaləyə fəsad qarışdırma” ittihamı ilə cinayət işi başladıb və onun haqqında həbs qərarı çıxarılıb.

Musavat.com-un verdiyi məlumata görə, bu qərar, hazırda həbsdə olan və “cinayətkar təşkilat qurmaq və idarə etmək”də təqsirləndirilən Aziz İhsan Aktaşın "etkin pişmanlıq" ifadələri əsasında verilib. Aktaş, istintaqa verdiyi ifadədə Mahiroğlu ilə bağlı bəyanatlar verib və bundan sonra aparılan araşdırmalarda Mahiroğlunun tender proseslərinə müdaxilə etdiyi müəyyən olunub.

Prokurorluğun yaydığı açıqlamada qeyd olunub ki, istintaq “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “ihaləyə fəsad qarışdırmaq”, “rüşvət vermək”, “qanunsuz gəlir əldə etmək” və “vergi qanunvericiliyinə zidd hərəkətlər” maddələri üzrə davam etdirilir.

Cafer Mahiroğlunun hazırda ölkə xaricində olduğu məlum olub və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.

Xatırladaq ki, bu cinayət işi çərçivəsində yanvar ayında keçirilən ilk əməliyyat zamanı Beşiktaş Bələdiyyə Başçısı Rıza Akpolat həbs edilmişdi. Sonrakı əməliyyatlarda isə Aktaşın ifadələrində adı keçən Gaziosmanpaşa, Avcılar, Seyhan və Ceyhan rayonlarının bələdiyyə başçıları da saxlanılıb. 

Mənbə: https://www.haberturk.com/son-dakika-cafer-mahiroglu-na-yakalama-karari-3798321?page=2

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR