Onlayn ictimai-siyasi qəzet
Rusiyadan Ermənistana yanacaq və avadanlıqlar Azərbaycan üzərindən daşınacaq
Rusiyadan Ermənistana yeni dəmir yolu marşrutu ilə hansı məhsulların daşınacağı açıqlanıb.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “LogiStan” nəşrinin baş redaktoru Qriqori Mixaylov SputnikLive-ə məlumat verib.
Onun sözlərinə görə, yeni xəttlə daşımalar əsasən iri həcmli yüklər üçün nəzərdə tutulub. Bunlara yanacaq, avadanlıq, dəzgahlar, həmçinin sənaye və məişət kimyası məhsulları daxildir.
Bundan əvvəl əsas yük axını yük maşınları ilə həyata keçirilirdi, az hissəsi isə Batumi limanı vasitəsilə Gürcüstana, oradan isə Rusiyaya dəniz və ya hava yolu ilə çatdırılırdı.
Qriqori Mixaylov bildirib ki, yeni marşrut həm Rusiya, həm də Ermənistan üçün daha sərfəli və etibarlı sayılır, çünki dəmir yolu daşımalarının tarifləri daha aşağıdır və çatdırılma müddətləri daha sabit şəkildə təmin olunur.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ