 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Rusiya "Hörümçək toru" əməliyyatından sonra strateji bombardmançı təyyarələri təcili şəkildə Ukraynadan uzaqlaşdırmağa başlayıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, "Tu-160" bombardmançılarından biri Ukraynadan 6770 km, ABŞ sahillərindən isə cəmi 660 km uzaqlıqda, "Anadır" aerodromunda aşkarlanıb.
"Tu-22M3" və "Tu-95MS" kimi digər strateji bombardmançıların taleyi isə hələlik məlum deyil. Təyyarələr "Olenya", "Belaya" və "Ukrainka" aerodromlarından naməlum istiqamətlərə elə xaotik şəkildə köçürülür ki, monitorinq sistemləri onların hərəkətini izləməyə çatdırmır.
Qeyd olunur ki, Ukraynanın Rusiya Federasiyasının strateji aviasiya bazalarına endirdiyi zərbələr artıq Moskvanın havadan zərbə endirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
İqbal RZAYEV,
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ