Onlayn ictimai-siyasi qəzet
Martın 6-da Brüsseldə keçirilən Aİ sammitində qəbul edilən Avropanın yenidən silahlanması planı Almaniyanın İkinci Dünya Müharibəsindən sonra qitədə ən böyük ordu yaratmasına gətirib çıxaracaq.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət və Sənaye Palatasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, icmanın bütün 27 üzvünün təsdiq etdiyi plan 800 milyard avro dəyərində paketin formalaşdırılmasını nəzərdə tutur ki, bu da Aİ ölkələrinin müdafiəsinin gücləndirilməsi, silahlı qüvvələrinin təkmilləşdirilməsi və hərbi sənayesinin inkişafına yönəlib.
Orban bildirib ki, buna görə Almaniya ordusu Avropanın ən böyük ordusu olacaq.
"Biz İkinci Dünya müharibəsindən belə bir şey görməmişik. Əsas məsələ Rusiya və ABŞ-ın buna necə reaksiya verəcəyidir", - Baş nazir deyib.
Onun sözlərinə görə, plan əsasən dövlət kreditləri hesabına həyata keçirilməlidir.
"Bütün Aİ borc içində qala bilər. Macarıstanın əsas qanunu buna icazə vermir. Ona görə də burada hələ də müzakirələr olacaq", - Orban xəbərdarlıq edib. Planın maliyyə hissəsi yenidən baxılmaq üçün geri göndərilib.
Qeyd edək ki, hazırda Avropada ən böyük orduya sahib ölkə Fransadır, ordusunun sayı 200 min nəfəri ötür. Almaniyanın silahlı qüvvələrində isə təxminən 180 min hərbçi var. Bu göstəricidə Avropanın digər ölkələri arasında İtaliya və Böyük Britaniya ön sıralarda yer alır.
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ