Onlayn ictimai-siyasi qəzet
İran İsrailə qarşı həyata keçirdiyi əməliyyatın növbəti mərhələsində ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını vurmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Fars" agentliyi öz mənbələrinə istinadla yayıb.
Mənbənin bildirdiyinə görə, Tehranın raket zərbələri ilə cavabı hələ başa çatmayıb və İsrailə qarşı hücumlar davam etdiriləcək. Agentlik qeyd edir ki, bu, İsrailin əvvəlki hava hücumlarına cavab olaraq həyata keçirilən genişmiqyaslı əməliyyatın tərkib hissəsidir.
Ekspertlər hesab edirlər ki, İran tərəfinin bu bəyanatı bölgədəki gərginliyin daha da artacağından xəbər verir və ABŞ qüvvələrinin də mümkün zərbə hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ