İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb

İran raket zərbələri nəticəsində İsraildə azı 35 nəfər xəsarət alıb.

"Report"un İsrailin "Ynet" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib.

Onun sözlərinə görə, iki nəfərin vəziyyəti ağırdır, digərləri qəlpələrdən yüngül və ya orta dərəcəli xəsarətlər alıblar.

İsrail polisi bildirib ki, hazırda mina təmizləyənlər raketlərin düşdüyü yerlərdə işləyirlər. Məlumata görə, Təl-Əvivin Maliyyə Mərkəzi, İsrail Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təl-Nof Hava Bazası, Hayfa bölgəsində bir neçə nöqtə, Qəzza sahilində qaz platforması zərbələrə məruz qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR