Onlayn ictimai-siyasi qəzet
İranın hərbi qüvvələri İsrailə məxsus F35 qırıcı təyyarənin vurulmasından sonra onun pilotunu əsir götürüblər.
Musavat.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. Qeyd olunur ki, əsir götürülən pilot qadındır.
Agentliyin məlumatına görə, insident İran ərazisinə yaxın bölgədə baş verib. Hazırda əsir götürülən pilotun harada saxlanıldığı və vəziyyəti barədə rəsmi açıqlama verilməyib.
İsrail tərəfi məsələ ilə bağlı hələlik heç bir açıqlama yaymayıb. Hadisə Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər.
Şahanə Rəhimli
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ