Onlayn ictimai-siyasi qəzet
İranda çəkildiyi iddia olunan və sosial şəbəkələrdə sürətlə yayılan bu foto yeni qalmaqala səbəb olub. Görüntüdə bir nəfərin raketə iplə bağlanaraq oturacaqda oturdulduğu əks olunub. Raketin üzərində İran bayrağı və simvolları görünür.
Musavat.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri həmin şəxsin İsrailin kəşfiyyat xidməti Mossad-a işləyən casus olduğunu və İran vətəndaşı kimi tanındığını yazırlar. İddialara görə, İranın xüsusi xidmət orqanları bu şəxsi raketə bağlayaraq “İsrailə göndərmək” məqsədilə qeyri-insani üsula əl atıblar. “Raketlə İsrailə göndərmək deyil, bu sadəcə edamın yeni formasıdır”, – deyə bir çoxları qeyd edir.
Ekspertlər bildirir ki, əgər raket həqiqətən işə salınsa, həmin şəxs bir neçə saniyə ərzində yanaraq parçalanacaq və “İsrailə çatmaq” sadəcə qara yumorun tərkib hissəsi ola bilər.
Hadisənin gerçəkliyi hələlik İran rəsmiləri tərəfindən təsdiqlənməsə də, bu görüntü İranın Mossad agentlərinə qarşı sərgilədiyi davranışların sərtliyini bir daha nümayiş etdirir. Foto hal-hazırda “X” (keçmiş Twitter), Telegram və Instagram platformalarında viral olaraq yayılır.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ