Onlayn ictimai-siyasi qəzet
İran atəşkəs rejiminə etibar etmir və yeni toqquşma ehtimalına qarşı hərbi planlar hazırlayıb.
Musavat.com xəbər verir ki,bu barədə ölkənin müdafiə naziri, general-leytenant Əziz Nasirzadə bəyanat verib.
“Biz sülhə inanmırıq və istənilən mümkün avantüraya qarşı çoxsaylı ssenarilər işləyib hazırlamışıq”, – deyə o, İran mediasına açıqlamasında bildirib.
Rəsmi Tehranın bu sərt mövqeyi Yaxın Şərqdə yenidən hərbi gərginliyin alovlanacağı ehtimalını artırır. Ekspertlər hesab edir ki, bu bəyanat həm region ölkələrinə, həm də Qərbə siyasi və hərbi mesaj xarakteri daşıyır.
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ