İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti Azərbaycana qarşı qərəzli bəyanat verdi: "Zəngəzur dəhlizi təhlükədir"

İran parlamenti – İslam Məclisi – rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub.

Məclisin açıqlamasında iddia olunur ki, Cənubi Qafqaz təkcə coğrafi məkan deyil, həm də İranın “təhlükəsizlik perimetri, strateji dərinliyi və sivilizasiya sahəsinin” tərkib hissəsidir. Parlament, Zəngəzur dəhlizi layihəsinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyini bildirərək, bunun BMT Nizamnaməsinə zidd olduğunu qeyd edib.

İran tərəfi bəyan edib ki, belə addımlar “ölkənin təhlükəsizliyinə və milli maraqlarına təcavüz” kimi qiymətləndiriləcək və bütün siyasi-hüquqi vasitələrlə qarşısı alınacaq. Məclis həmçinin regionda hər hansı iqtisadi və tranzit layihəsinin yalnız “İranın geoiqtisadi mövqelərinə hörmətlə” mümkündürlüyünü vurğulayıb.

Açıqlamada daha da irəli gedilərək, Cənubi Qafqazın İrana “həyati əhəmiyyətli” olduğu, xarici dövlətlərin iştirakı ilə hər hansı əməkdaşlığın isə yolverilməz sayıldığı qeyd olunub.

Bəyanat İran parlamentinin Azərbaycana qarşı qərəz və açıq düşmənçilik dolu mövqeyinin yeni nümunəsi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR