Onlayn ictimai-siyasi qəzet
İran mediasının verdiyi məlumata görə, ölkədə radioaktiv şüalanmaya qarşı istifadə ediləcək 3 yeni dərman Səhiyyə Nazirliyinin dərman səbətinə əlavə olunub.
Musavat.com xəbər verir ki, bu qərar İranın nüvə proqramı ətrafında gərginliyin artdığı bir dövrdə verilib. Xüsusilə Böyük Britaniya, Fransa və Almaniya tərəfindən Tehran rejiminə qarşı nüvə sazişinin şərtlərini pozduğu üçün sanksiyaların yenidən işə salınması ilə hədələnməsi fonunda bu addım diqqət çəkib.
Eyni zamanda İsraildə İranın nüvə obyektlərinə qarşı mümkün hərbi zərbələrlə bağlı açıq müzakirələrin aparılması da məsələni daha da aktuallaşdırır.
Müşahidəçilər hesab edir ki, bu tip dərmanların səhiyyə sisteminə əlavə olunması İran hakimiyyətinin nüvə böhranının silahlı qarşıdurmaya çevriləcəyi ehtimalına qarşı hazırlıq gördüyünü göstərir. Tehran isə bu addımı “mülki müdafiə çərçivəsində profilaktik tədbir” kimi təqdim edir.
Hazırda rəsmi Tehran bu dərmanların adlarını və istifadə protokollarını açıqlamasa da, onların radioloji təhlükələrə qarşı istifadə ediləcəyi bildirilir.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ