Onlayn ictimai-siyasi qəzet
İsrailin İrana endirdiyi zərbələr Natanz nüvə obyektinin 60 faizə qədər zənginləşdirilmiş uran istehsal edən hissəsinə ziyan vurub.
Musavat.com xəbər verir ki, məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı fövqəladə iclasında çıxışı zamanı açıqlayıb: "İran təsdiqləyib ki, ilkin olaraq yalnız Natanz yanacaq zənginləşdirmə zavoduna hücum edilib. Bu obyektə əsas və pilot zavodlar daxildir. İranın U-235 izotopunda 60 faizə qədər zənginləşdirilmiş uran istehsal etdiyi pilot zavodun yer üstü hissəsi məhv edilib".
Qrossinin sözlərinə görə, agentlik məlumat toplamaq və regionda nüvə təhlükəsizliyi üçün mümkün riskləri qiymətləndirməkdə davam edir.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ