Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu İran vətəndaşlarına təcili müraciətlə çıxış edib.
Musavat.com xəbər verir ki, rəsmi bəyanatda iranlılardan hərbi silah zavodlarının və onlarla əlaqəli obyektlərin yerləşdiyi bölgələri dərhal tərk etmələri tələb olunur.
Bəyanatda qeyd olunur ki, bu ərazilərdə insanların qalması onların həyatı üçün ciddi təhlükə yaradır:
“Bu zonalarda və onların yaxınlığında olmaq həyat üçün təhlükə daşıyır. Zəhmət olmasa, dərhal evakuasiya olunun,” – deyə İsrail ordusu bildirib.
Ordunun açıqlamasında o da vurğulanır ki, vətəndaşlar bu ərazilərə geri qayıtmaqdan çəkinməli və növbəti bildirişə qədər həmin bölgələrdən uzaq durmalıdırlar.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ