Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın dövlət qüvvələri ilə qarşıdurmanın daha da dərinləşəcəyini və bir neçə gün davam edəcək döyüşlərə hazırlaşdıqlarını açıqlayıb.
Musavat.com-un xəbərinə görə, rəsmi bəyanatda qeyd olunur ki, İsrail tərəfi artıq Suriya ordusu ilə müəyyən mövqelərdə birbaşa təmasdadır və qarşıdakı günlərdə intensiv toqquşmaların olacağı gözlənilir.
Analitiklər qeyd edirlər ki, İsrailin son həftələrdə Dəməşq və digər ərazilərdə həyata keçirdiyi hücumlar, eləcə də Suriyanın cavab mövqeləri regionda genişmiqyaslı hərbi qarşıdurma ehtimalını artırır.
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ