Onlayn ictimai-siyasi qəzet
Fələstinin radikal HƏMAS hərəkatının liderlərindən biri Məhəmməd Sinvarın cəsədi Qəzza zolağının cənubundakı tunellərdən birində tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinə görə, HƏMAS siyasi bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı və daha 10 silahlının cəsədi Xan Yunis şəhərinin altındakı tuneldə tapılıb.
HƏMAS hərəkatı hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verir ki, hədəf HƏMAS hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ