İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən şok təklif: miqrantlara evə qayıtmaq üçün 52 min dollar veriləcək

İsveç hökuməti miqrantların ölkədən könüllü şəkildə çıxışını təşviq etmək üçün rekord məbləğdə pul təklif edir.

Musavat.com xəbər verir ki, İsveç miqrantların öz vətənlərinə qayıtmasını təşviq etmək məqsədilə verilən maddi dəstəyi 3400% artırmaq qərarına gəlib. Bu barədə məlumatı "Sveriges Radio" yayıb.

Yeni qərara əsasən, vətənə dönən hər bir yetkin miqranta 350 min İsveç kronu (təxminən 36,6 min ABŞ dolları), ailəli şəxslərə isə 500 min kron (təxminən 52,29 min dollar) məbləğində qrant veriləcək.

Proqramın məqsədi İsveçdə miqrasiya yükünü azaltmaq və ölkədəki sosial gərginliyi yumşaltmaqdır. Ekspertlər bu təşəbbüsün həm də İsveçin getdikcə sərtləşən miqrasiya siyasətinin bir göstəricisi olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR