İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrəli deputat Ermənistanın vəkilliyini edir

İsveçrə parlamentinin üzvü Stefan Müller-Altermatt Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın İrəvana səfərini “Brüsselin Ermənistana sadiqliyinin göstəricisi” kimi dəyərləndirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu fikrini İrəvanda səsləndirib.

Deputatın sözlərinə görə, iyunun 29-30-da baş tutan səfər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:

“Bu səfər Avropa İttifaqının Ermənistana tərəfdaş kimi dəstək vermək niyyətini göstərir. Halbuki bir neçə il öncə vəziyyət fərqli idi – Avropa enerji asılılığı səbəbilə Bakı ilə daha sıx təmasdadır və İrəvana bu səviyyədə maraq göstərmirdi”.

Bununla belə, Müller-Altermatt qeyd edib ki, Aİ ilə tərəfdaşlıq əlaqələrinin inkişafına baxmayaraq, Ermənistanın iqtisadi gələcəyi baxımından Rusiya ilə münasibətlər daha həlledici olaraq qalacaq:

“Ermənistana bu mesaj verildi: sən Qərb dəyərlərini bölüşən birliyə xoş gəlmisən. Lakin orta və uzunmüddətli perspektivdə Ermənistanın iqtisadi rifahı baxımından Rusiya ilə münasibətlər daha vacib olacaq. Avropa İttifaqı da bunu etiraf etməlidir – coğrafiyanı gözardı etmək mümkün deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR