İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmir şokda: 16 yaşlı yeniyetmə polis bölməsinə silahlı hücum etdi –2 ölü, 6 yaralı var 

Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum edən şəxs zərərzisləşdirilib. 

Musavat.com xəbər verir ki, yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb. 


***


Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb.

Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.

Silahlı hücumun 16 yaşlı şəxs tərəfindən edildiyi bildirilir. O, artıq saxlanılıb. Araşdırma başladılıb.

***

Türkiyənin İzmir şəhərində faciəvi hadisə baş verib.

Musavat.com xəbər verir ki, 16 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Hücum polis bölməsində baş verib.

Hadisənin motivləri barədə hələlik rəsmi açıqlama verilməyib. Təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR