İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Ağabalayevdən universitetin yeni ixtisasına tənqid: “İki ilə nə öyrədəcəklər?”

Aktyor Kamran Ağabalayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni açılan magistr ixtisaslarından birini tənqid edib.

Musavat.com xəbər verir ki, sənətçi “reportaj operatoru” adlı yeni ixtisasla bağlı fikirlərini sosial şəbəkə hesabında ironik şəkildə bölüşüb.

“Reportaj operatoru” ixtisasının iki illik magistr təhsili ilə tədris olunmasını sual altına alan aktyor bildirib:

“Mədəniyyət və İncəsənət Universitetinin magistr təhsili üzrə yeni ixtisaslar açılıb, biri də “reportaj operatoru”dur. Maraqlıdır ki, 2 il ərzində bir adam reportaj çəkmək üzrə nə öyrənəcək? Reportajda olsun uzağı 3 plan, daha sənsən 4 plan, uçan ağcaqanadın gözü ilə 5-ci plan... Nə bilim əşşi…”

Kamran Ağabalayevin bu paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, universitetdə son zamanlar media və kino sahəsinə aid bir sıra yeni ixtisaslar açılıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR