Onlayn ictimai-siyasi qəzet
Cənubi Kipr administrasiyası İsraildən alınan BARAK MX zenit-raket komplekslərinin yeni partiyasını dəniz yolu ilə qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.
Ekspertlərin fikrincə, bu sistem 1997-ci ildə Kiprin Rusiyadan sifariş etdiyi, lakin Türkiyənin güclü hərbi və diplomatik təzyiqi nəticəsində əldə edə bilmədiyi S-300 raketlərindən qat-qat təhlükəlidir.
Sistemin alınması İsrailin kəşfiyyat şəbəkəsinə 3D MMR radarı və AESA texnologiyası ilə izləmə imkanları yaradacaq.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ