İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə "Qara bulud" nümayiş etdirildi - VİDEO

Ukrayna bu il ABŞ-da keçiriləcək məşhur müstəqil incəsənət festivalı Burning Man üçün hazırladığı “Black Cloud” (“Qara bulud”) adlı instalyasiyanı ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, kompozisiya Kiyevdə nümayiş olunub.

Layihənin müəllifi, rəssam Aleksey Say “Суспільне”yə açıqlamasında əsərin əsas mesajını belə izah edib: “Hazır olun! Demək istəyirik ki, yüngül zamanlar artıq keçdi. İnsanlar artıq problemlərdən gizlənmək yox, onlarla üz-üzə gəlmək məcburiyyətindədir. Biz əmin deyilik ki, cəmiyyət bunun fərqindədir”.

Qeyd edək ki, “Black Cloud” instalyasiyası Ukraynanın Burning Man 2025 festivalında rəsmi iştirakını təmsil edəcək. Festival hər il ABŞ-ın Nevada ştatındakı Blek Rok səhrasında keçirilir və dünyanın müxtəlif ölkələrindən sənətkarları bir araya gətirir.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR