İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva: Avropada planlaşdırılan terrorların arxasında Rusiya xüsusi xidmətləri dayanır

Litvanın Baş Prokurorluğu və Kriminal Polisi Avropa İttifaqının müxtəlif ölkələrində bir sıra terror aktları hazırlayan qrupu ifşa edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əməliyyata beynəlxalq istintaqçılar da qoşulub və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələr üzə çıxarılıb.

İstintaq məlumatına görə, 2024-cü ilin iyulunda Litva vətəndaşı Aleksandr Şuranovas Vilnüsdən DHL və DPD kuryer şirkətləri vasitəsilə bir neçə partlayıcı qurğu göndərib. Beynəlxalq jurnalist araşdırma qrupunun məlumatına əsasən, Şuranov Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) tapşırığı ilə hərəkət edib.

İki bağlama Böyük Britaniyaya, daha ikisi isə Polşaya göndərilib. 20, 21 və 22 iyul tarixlərində üç partlayıcı işə düşüb: Almaniyanın Leypsiq hava limanında, Polşa ərazisində hərəkətdə olan DPD yük maşınında və Böyük Britaniyada, Birmingemdə DHL anbarında. Özünü partladan qurğular elektron taymerlərlə təchiz edilmiş termit bombaları olub, onlar masaj yastığı və kosmetik ləvazimatlar adı altında gizlədilmişdi.

Cinayətin xüsusi təhlükəliliyi səbəbilə Avropa ittifaqı qurumu olan Eurojust çərçivəsində birgə istintaq qrupu yaradılıb. Qrupa Litva, Polşa, Böyük Britaniya, Almaniya, Niderland, Latviya, Estoniya, ABŞ və Kanada hüquq-mühafizə orqanları daxil olub.

İstintaq müəyyən edib ki, hücumların koordinasiyası hərbi kəşfiyyatla bağlı olan Rusiya vətəndaşları tərəfindən həyata keçirilib. Araşdırmada adı hallanan bəzi şəxslərin 2024-cü il 9 may tarixində Vilnüsdə IKEA ticarət mərkəzini yandırmaq cəhdinə də qarışdığı üzə çıxıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR