İnsanlara hürriyət, millətlərə istiqlal!

Mabel Matizin mahnısı nazirlik tərəfindən qadağan olundu

Mahnıları və özünəməxsus üslubu ilə seçilən məşhur müğənni Mabel Matiz son mahnısı "Perperişan"la gündəmə gəlib.

Musavat.com xəbər verir ki,  Ailə və Sosial Xidmətlər Nazirliyi mahnının sözlərini nalayiq gördüyünü deyərək Mabel Matizlə bağlı tədbir görüb.

Nazirlikdən verilən məlumata görə, Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə təqdim edilən ərizədə mahnının məzmununun ailəyə zərər verə biləcəyi, uşaq və gənclərin zehni inkişafına mənfi təsir göstərə biləcəyi, ictimai asayişi poza biləcəyi, ictimaiyyətin hiddətinə səbəb ola biləcəyi bildirilib.

Mahnının bloklanması qərarından sonra Mabel Matiz Instagram hesabında paylaşım edib. Dərin kədərini ifadə edən Matiz, “Süfrədə bolluq, küçələrdə təhlükəsizlik, insanlarda dürüstlük və daha bir çox narahatlıqlarımız olsa da, sosial şəbəkələrdə günlərlə yazdığım mahnı sözləri sanki başqa bir dərdimiz yoxmuş kimi danışılır. "Bu, qəsdən, son dərəcə pisniyyətlidir və ağlı başında olan insanın qavraması qeyri-mümkün olacaq şəkildə tamamilə başqa yerə aparılır. Mən heyrətlə izləyirəm", - o deyib.

 Matiz bildirib ki, mahnı xalq ədəbiyyatı ənənəsinə əsaslanaraq metaforalarla sevgi hekayəsindən bəhs edir.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR