Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin müdafiə büdcəsinin önəmli şəkildə artırılacağını açıqlayıb.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2027-ci ildə Fransanın Silahlı Qüvvələrinə ayrılacaq vəsait 64 milyard avro olacaq. Bu göstərici 2017-ci illə müqayisədə ikiqat artım deməkdir.
"2027-ci ildə müdafiəmizə 64 milyard avro ayıracağıq. Bu, Silahlı Qüvvələrin 2017-ci ildəki büdcəsindən iki dəfə çoxdur", – deyə Emmanuel Makron vurğulayıb.
Fransa Prezidenti bu artımın ölkənin təhlükəsizliyinin təminatı və hərbi gücünün möhkəmləndirilməsi baxımından zəruri olduğunu qeyd edib.
Musavat.com
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ