İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mamagama” bu gün “Avroviziya”da çıxış edəcək

Bu gün “Avroviziya” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində baş tutacaq.

Musavat.com xəbər verir ki, bu il “Avroviziya”da ölkəmizi “Mamagama” qrupu təmsil edəcək.

“Mamagama” qrupu bu gün ilk yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq.

Müsabiqə İTV-də yayımlanacaq.

Bəs “Mamagama” qrupu necə yaranıb?

“Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.

“Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək “Best new international artist” kateqoriyası üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.

“Mamagama” 3 nəfərdən ibarətdir. Hazırda qrup üzvləri:

Asəf – Frontmen və əsas vokalçı,

Hass – Gitara ifaçısı,

Arif – Zərb alətləri.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR