İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransında ilk panel sessiya keçirilib - FOTO

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, konfrans “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusunda birinci panel sessiya ilə başlayıb.

Panel “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilib.

Kamran Həsənov: "Ədəbi dilin qorunması istiqamətdə bir çox vacib addımlar atılıb"

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov bildirib ki, ədəbi dilin qorunması istiqamətdə bir çox vacib addımlar atılıb.

Gülşən Əkbərova: "Aparıcıların və çıxış edən qonaqların nitqində normalara bəzən kifayət qədər diqqət yetirilmir"

Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayıb: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir”.

Səadət Məmmədova: "Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır"

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova qeyd edib ki, ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb: “Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır. Bu pozuntular artıq cəmiyyət üçün ciddi siqnaldır”.

Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə hazırda Dilçilik İnstitutunda mühüm işlər görüldüyünə diqqət çəkib: “Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır”.
Panel sessiya işini müzakirələrlə davam etdirib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR