Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqun Leninski Rayon məhkəməsi diaspor rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə (sentyabrın 14-dək) həbs qətimkan tədbiri seçib.
Musavat.com xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə ittiham edilərək həbs edilib.
Qeyd edək ki, Mutvalı Şıxlinski “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
O, məhkəmədə dövlət məmuruna qəsdən zərər vurmadığını və baş verənlərdən peşman olduğunu bildirib:
“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Bunu sonradan bilmişəm”.
@@TVmusavat/121662@@
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ