Onlayn ictimai-siyasi qəzet
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ