Onlayn ictimai-siyasi qəzet
Xeyli müddətdir yüksək hərarət problemi yaşayan fenomen Sibil Çetinkaya sosial media hesabında səhhəti ilə bağlı açıqlama verib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Çetinkaya paylaşımında qeyd edib:
“13 gündür xəstəxanadayam. Dünən gecə hərarətim 39,5 dərəcə idi. Allah daha pisindən qorusun, amma artıq çox yorulmuşam. Hərarət və halsızlıq davam edir. Yediyim və ya içdiyim bir şeylə əlaqəli deyil. İmmun sistemi ilə bağlıdır. Müalicəm bir müddət davam edəcək”.
Sibil izləyicilərinə mənəvi dəstək verərək bunları əlavə edib:
“Çox yaxında əvvəlkindən daha güclü enerji ilə sizin aranızda olacağam. Dərhal tam sağalacağımı gözləməyin, amma sizin və öz normal enerjim üçün çox darıxmışam”.

Sibil Çetinkaya aktyor Şükrü Özyıldız ilə yaşadığı münasibətlə gündəm olmuşdu.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ