Onlayn ictimai-siyasi qəzet
Tanınmış amerikalı jurnalist Taker Karlson sensasion açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, seksual qalmaqalları və gizli şəbəkələri ilə məşhur Ceffri Epşteynin ABŞ üçün deyil, birbaşa İsrail üçün işlədiyini və Vaşinqtonda bunu hamının bildiyini iddia edib.
Karlson sual edib:
“Yəqin ki, o, ABŞ üçün çalışmırdı. Bizim də soruşmağa haqqımız var: Epşteyn kimin üçün işləyirdi?”
O, diqqəti Epşteynin müəmmalı sərvətinə çəkərək bildirib:
“70-ci illərin sonunda sadəcə Dalton məktəbində müəllim idi. Necə oldu ki, ali təhsili belə olmayan bir adam bir neçə təyyarəyə, xüsusi adaya və Manhattanın ən böyük mülklərindən birinə sahib çıxdı? Bu qədər pul haradan gəldi?”
Karlson deyib ki, Epşteynin xarici hökumətlə əlaqələri hamıya bəlli idi, amma indi heç kəs bu hökumətin İsrail olduğunu deməyə cəsarət etmir, çünki “biz bu barədə danışmağa qorxudulmuşuq”.
Musavat.com bildirir ki, Ceffri Epşteyn ABŞ-da tanınmış maliyyəçi və milyarder olub.
O, dünya elitasına yaxın əlaqələri, yüksək ranqlı siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə qurduğu dostluqlar, həmçinin azyaşlı qızların cinsi istismarı və şantaj şəbəkəsi yaratmaq ittihamları ilə məşhurlaşmışdı. 2019-cu ildə həbsdə müəmmalı şəkildə ölü tapılması isə onun ətrafındakı sirli çərçivəni daha da qalınlaşdırıb.
MƏNBƏ: “Anadolu” agentliyi
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ