İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə Pxenyan arasında gizli sövdələşmə - Dünya üçün yeni TƏHLÜKƏ

Cənubi Koreya ordusunun kəşfiyyat məlumatlarına görə, Rusiya bu ilin ilk yarısında Şimali Koreyaya nüvə sualtı qayığı üçün əsas komponentlər, reaktor, turbin və soyutma sistemi də daxil olmaqla iki-üç sualtı modul göndərib.

Musavat.com xəbər verir ki, məlumat "Korea JoongAng Daily" nəşrində yer alıb.

Kəşfiyyat mənbələrinin bildirdiyinə görə, göndərilən modullar yeni deyil və istismardan çıxarılan Rusiya sualtı qayıqlarından çıxarılıb.

Rəsmi mənbə qeyd edib ki, keçən ildən etibarən Pxenyan Rusiyadan nüvə sualtı texnologiyası və müasir döyüş təyyarələri tələb edir. Moskva əvvəlcə buna qarşı olsa da, bu il razılıq verib.

Nəşr vurğulayır ki, bu addım Şimali Koreyanın tam hərəkətverici nüvə sisteminə malik sualtı qayıq əldə etmə ehtimalını artırır. Sualtı qayıqların paytaxt Pxenyan üçün prioritet olduğu, belə gəminin ABŞ-a zərbə endirə bilən strateji nüvə gücü hesab edildiyi bildirilir.

Martın 8-də Şimali Koreya mediası lider Kim Çen Inın tikilməkdə olan strateji nüvə enerjili sualtı qayığı yoxladığına dair fotoşəkillər yayıb. Ekspertlər isə əvvəlcə Şimali Koreyanın belə bir nüvə sualtı qayığın əsas komponenti olan kompakt reaktorları öz imkanları ilə istehsal etmək gücündə olmadığını bildirirdilər. Lakin Rusiya modullarının alınması Pxenyana əvvəllər əlçatmaz olan texnologiyalara çıxış təmin edə bilər.

Kəşfiyyat mənbələri həmçinin iddia edirlər ki, Pxenyan Rusiyaya bu cür texnologiyaları təmin etməsi üçün Ukrayna ilə müharibədə Moskvaya hərbi dəstək vermək şərti ilə təzyiq göstərib. "Korea JoongAng Daily" bu ötürmənin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi (NPT) və beynəlxalq qırmızı xətləri ciddi şəkildə pozduğunu, nəticədə Şimali Koreya və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini qeyd edir.

Nəşr bildirir ki, Cənubi Koreyanın əldə etdiyi kəşfiyyat məlumatları artıq ABŞ və onun müttəfiqləri ilə paylaşılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR