İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Moskvada genişmiqyaslı ƏMƏLİYYAT: Minlərlə əcnəbi ölkədən ÇIXARILIR

Moskva vilayətində hüquq pozuntularına görə 4,3 mindən çox miqrant Rusiya ərazisindən deportasiya ediləcək.

Musavat.com Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Qanunsuz miqrant" əməliyyatı zamanı miqrasiya sahəsində 15 705 inzibati hüquq pozuntusu və cinayət faktı aşkar edilib.

Ölkədə qalma rejimini pozan 10 mindən çox şəxs barəsində inzibati protokol tərtib olunub, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2,1 mindən çox şəxsə qarşı isə protokol yazılıb. Bundan əlavə, nazirliyin məlumatına görə, 748 cinayət işi başlanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR