Onlayn ictimai-siyasi qəzet
"TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə və Nuh Məmmədzadə ev dustaqlığına buraxılıb.
Musavat.om xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onların barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədilə olmayan külli miqdarda qanunsuz narkotik vasitələrin və ya psixotrop maddələrin saxlanılması və ya daşınması) maddəsi ilə ittiham olunur.
İ.Muradov
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ