İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Estoniyada Rusiya tankerini dayandıra bilmədi

Estoniya hərbi dəniz qüvvələri və NATO-nun hava qüvvələri Rusiyaya məxsus olduğu güman edilən və naməlum yük daşıyan tankeri dayandırmaq cəhdində bulunublar. Gəmi Baltik dənizi vasitəsilə Rusiya limanına doğru hərəkət edirdi.

Musavat.com xəbər verir ki,  tankerə istiqamətini dəyişərək Estoniya limanına yönəlməsi əmri verilib, lakin ekipaj bu əmrdən imtina edib. Avropa qüvvələri gəmiyə çıxmağa cəhd göstərsələr də, hadisəyə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35 qırıcısının müdaxiləsi nəticəsində əməliyyat dayandırılıb.

Hadisə Avropa hərbi qüvvələrinin Rusiya ilə birbaşa qarşıdurmaya hazır olub-olmadığını bir daha gündəmə gətirib. Ekspertlər bu insidenti Qərbin mövqeyi və risk qiymətləndirmə siyasəti baxımından əlamətdar hesab edirlər.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR