İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu mühüm xəbəri elan etdi - İsrail tezliklə…

Baş nazir Benyamin Netanyahu yaxın gələcəkdə İsrailin bir sıra ərəb ölkələri ilə sülh sazişləri imzalamasını gözləyir.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə o, Newsmax-a müsahibəsində çıxış edib: "Bizim ərəb qonşularımız İrana qarşı hərbi əməliyyatla bağlı rahat nəfəs aldılar. Biz onların bəziləri ilə artıq sülh bağlamışıq, bəziləri ilə də tezliklə sülh bağlayacağıq".

Netanyahu vurğulayıb ki, nüvə obyektlərinə zərbələr endirilən vaxt İran "bir neçə ay ərzində atom bombası yarada bilərdi", lakin hücum nəticəsində Tehranın nüvə proqramı "bir neçə il" geri atıldı.

Bundan əvvəl Netanyahu bildirib ki, İrana qarşı İsrail-ABŞ hərbi əməliyyatının nəticələri İbrahim razılaşmalarının tarixi genişləndirilməsi üçün fürsət yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR