Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu İranın gecə saatlarında raket hücumlarına məruz qalan Bat-Yam şəhərinə baş çəkib.
Musavat.com xəbər verir ki, Netanyahu zərərçəkmiş ərazilərə baxış keçirib, yerli sakinlərlə görüşərək onlara dəstək ifadə edib.
Bat-Yam şəhərində İranın endirdiyi raket zərbələrindən biri nəticəsində infrastruktur və yaşayış binaları zərər görüb. Ciddi insan tələfatı qeydə alınmayıb.
Baş nazir hadisə yerində verdiyi açıqlamada bildirib:
“Biz xalqımızın təhlükəsizliyi naminə hər şeyi edəcəyik. İran bu hücumlarının cavabını alacaq”.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ