İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik PİK HƏDDƏ: Netanyahu təcili toplantı keçirir

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamir Suriyada ciddi gərginlik fonunda təcili toplantı keçirirlər.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumatlara görə, İsraildə hesab edirlər ki, Suriyadakı druzlar ciddi təhlükə altındadırlar.

Qeyd edək ki, Suriyanın Əs-Suveyda bölgəsində gərginlik bir neçə gündür davam edir və ötən bazar günü pik həddə çatıb. Gərginliyin səbəbi bədəvi tayfaları ilə dürzilər arasında qarşılıqlı insan oğurluqları və silahlı toqquşmalar olub.

Toqquşmalar nəticəsində təxminən 30 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Yaralananlar arasında qadınlar və uşaqlar da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR