Onlayn ictimai-siyasi qəzet
“Avroviziya” qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğənni Şəbnəm Tovuzluya söz atıb.
“Afaqla 10lar” verilişində qonaq olan Nigarla bağlı digər qonaq Samir Cəfərova maraqlı sual verilib.
“Bu məşhurlardan hansı Nigarın yanına gəlib özünü müdafiə üçün fənd öyrənmək istəsə, öyrətmək əvəzinə onu özü yıxar. Roza, Nərmin Kərimbəyova, yoxsa Şəbnəm Tovuzlu?”, - deyə, aparıcı Afaq Gəncəli bildirib.
Nigar “Bir söz deyim, “Kataqoriya” cavabını verib. Samir isə “Şəbnəm Tovuzlu? Aranızda nəsə olub da”, - deyə, vurğulayıb.
Nigar Camal ““Kataqoriya”dı da” deyərək Cəfərovu təsdiqləyib.
Qeyd edək ki, müğənnilər arasında qalmaqal illər əvvəl Şəbnəmin kəməri səhv taxmasına söz atması ilə başlamışdı. Daha sonra Şəbnəm Nigara duet təklif etmiş, “Avroviziya” qalibimiz “Pərvizə görə”də ona öz janrında bir həmkarı ilə oxumağı tövsiyə etmişdi. Ardınca Şəbnəm “Gün ortası” verilişinə “Kimliyindən asılı olmayaraq, icazə vermirəm ki, hansısa sənətkar belə “eyni kateqoriyada” deyilik” desin” demişdi. (Olay)
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ