İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə İsrailə nüvə silahı olar, İrana yox?

İlk yayımlanma saatı: 18:19

Dörd tərəfdən ərəb dünyası ilə əhatələnmiş yəhudi dövlətin özünü və vətəndaşlarını qorumaq haqqı var; Tehran nüvə proqramını Qərbə təslim edən Müəmmər Qəddafinin başına gələnləri yaxşı xatırlayır...

Bilirəm, indi elə həssas dönəmdir ki, hansısa ehtiyatsız ifadəyə, suala görə adamı “MOSSAD agenti” də çıxararlar, SEPAH simpanitizanı da. Bizim sicilimz bəlli, gücümüz çatan qədər Azərbaycan dövlətinə, onun maraqlarına xidmət edirik. Amma jurnalist dövlət, hökumət rəsmisi deyil, ona görə hansısa tərs köşə sual, əks mövqe həmin ölkələrdə narahatlıq yaratmaz.

XAME.jpeg (157 KB)

Deyirlər ki, İranın atom silahı əldə etməsi ilk növbədə onun qonşuları, düşmən hesab etdiyi dövlətlər üçün təhdiddir. O sırada məsələn, Səudiyyə Ərəbistanı da var, 8 il mənasız müharibə apardığı İraq da, dövlət kimi tanımadığı İsrail də. Orta məktəb şağirdi də indi billir ki, İranın nüvə silahı əldə etməsi Azərbaycanın maraqlarına uyğun deyil. Zatən, nüvə silahı olan başqa bir sərhəd qonşumuz da var-Rusiya. Könül istərdir ki, qardaş Türkiyənin də nüvə silahı olsun, zənnimcə, Ankara lap çoxdan bu barədə fikirləşir. O da var ki, nüvə silahı qonşuya atmaq və ya onu təhdid etmək üçün deyil, məsələn, Amerika okeanın o tayından Yaponiyanın iki şəhərinə nüvə zərbəsi vurmuşdu.

Mövzudan çox yayınmadan, İsrailin də, Amerikanın da illərdir İranın nüvə proqramına qarşı niyə mübarizə apardığının səbəbi aşağı-yuxarı bəllidir. Onlar İranı təkcə bizim region üçün deyil, dünya üçün təhdid hesab edirlər. Yəni belə əminlik var ki, İran nüvə silahı əldə edərsə, dünyanı dağıdacaq, ətrafında olan ölkələri əlindəki qorxunc silaha güvənərək hətta işğal edəcək və daha nələr...

İRAN KART.jpeg (66 KB)

İranın nüvə proqramına qarşı illərdir bu cür israrla mübarizə aparırlarsa, demək təhlükəni real hesab edirlər. Amma dünyada Şimali Koreya nümunəsi də var axı. In haqda “dəlidir, məmurlarını itə yedirdir” deyirlər, onun da nüvə silahı var axı... Arada Yaponiyanı və Cənubi Koreyanı yeni raketlərlə qorxudur, amma nüvə silahını atmır da. Kiminsə onunla işi olmasa, o da kiməsə “ilişmir”. 1950-ci ildə İran yeni yaradılmış İsraili dövlət kimi tanıdı. Tədricən ölkələr əməkdaşlığa başladı.

İsraillilər İranın iri tikinti layihələrində işləyirdilər və Tehran öz mütəxəssislərini İsrail universitetlərində oxumaq üçün göndərirdi. 1967-ci ildə tarixə “Altı günlük müharibə” kimi düşən savaşda İran regionda İsraildən neft tədarükünə embarqo qoymayan yeganə ölkə idi.

1979-cu ildə İranda İslam inqilabı oldu, Ayətullah Xomeynin göstərişi ilə Tehran yəhudi dövləti ilə bütün rəsmi əlaqələri kəsdi. Sonra isə tədricən İsrail ətrafında proksi silahlı təşkilatlar-Livanda ”Hizbullah”, Yəməndə “Ansar Allah” İraqda “Hаşd aş Şааbi” Qəzzada HƏMAS-ı yaratdı. İsrail də yeni dövlət kimi artan təzyiqləri görürdü və elə bu səbəbdən də atom silahı yaratmaq qərarı verildi. İsrail “nüvə silahına sahib olduğu ehtimal edilən” ölkələrdən biridir.

Bəllidir ki, İsrail nüvə silahı əldə etməsində Fransanın da ciddi dəstəyi olub. 1962-ci ilə qədər İsrailin özünün nüvə yanacağı istehsal edən müəssisəsi var idi və üç ildən sonra o, ondan plutonium hazırlaya bildi. 1985-ci ildə israilli nüvə mühəndisi Mordexay Vanunu ölkəsinin öz nüvə silahına malik olduğunu elan etdi. İsrail birmənalı nivə silahına sahib olduğunu indiyədək də etiraf etmir, bununla belə, hökumət “İsrail bölgədə nüvə silahından istifadə edən ilk ölkə olmayacaq” bəyanatı da verib. Dörd tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsrailin özünü və vətəndaşlarını qorumaq haqqı var. Ötən ilin oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı başlarına gətirilmiş o müsibəti unutmaq da çətindir. İsrail dövlətin imicinə dəymiş ağır zərbəni qanla təmizləmək məcburiyyətində qaldı. İsrail indi  də intiqam hissindən vaz keçməyib. Əslində isə  durdura bilmirlər İsraili... 

NETAN SON.jpeg (81 KB)

II Dünya müharibəsində az qala kökləri kəsilmiş, 640 min əhali ilə dövlət qurmağa başlamış israililərin indi sayı 10 milyona yaxındır. İsrail dövləti yarandan sonra qonşu ərəb ölkələrinin hamısı ilə müharibə edib, amma hamısında da ərəblər torpaq itiriblər. İsrail isə təhlükəsizlik adı altında işğal zonasını genişləndirib. Buna məcbur olub, yoxsa qəsdən edib, prinsipial fərqi yoxdur. Adı işğaldır...İsrail Azərbaycanın strateji müttəfiqi, iqtisadi tərəfdaşı olsa da, qəbul edirik ki, şəhərləri bombalamaqla, insanları öldürməklə bu münaqişəni yoluna qoymaq mümkün deyil. 

NUVE SON.jpeg (76 KB)

İran nüvə silahından imtina edən, nüvə proqramını Qərbə təslim edən Müəmmər Qəddafinin başına gələnləri yaxşı xatırlayırlar. Nəticədə müharibə, bombardmanlar, ölkənin dağıdılması və öz ölümü ilə üzləşdi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR