Onlayn ictimai-siyasi qəzet
Dünya şöhrətli Kann Film Festivalında “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatına layiq görülən Xalq artisti Röya Ayxan təəssüratlarını bölüşüb.
Musavat.com xəbər verir ki, o bu uğurunun arxasında onun böyük cəsarətinin və özünəinamının dayandığını söyləyib.
Röya bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb:
“Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük, beynəlxalq tədbirlərdə tez - tez görüşəcəyik. O gün olsun sizin üçün ingiliscə oxuyum, ağladım sizi “.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ